AZAL Peşəkar Futbol Klubu

Klubumuzun  tarixi 1996-ci ildən başlayır. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. 2006/2007-cil mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-ci illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1-0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1-1) etmişdir. Daha sonra isə 2010/2011-ci il mövsümünün yekunlaarına görə Premyer Liqada 4-cü yeri tutan komandamız növbəti dəfə beynəlxalq arenaya çıxıb. UEFA Avropa Liqasına vəsiqə qazanan AZAL ilk mərhələdə Belorusiyanın “Minsk” klubu ilə qarşılaşıb. Bakıdakı oyunda heç-heçəyə razılaşan (1-1) AZAL səfərdən məğlub dönüb – 2:1. Bununla da klubumuz hər iki cəhddə mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir. 2009-2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan P.F.K.-Bakı" adına dəyişdirilib. Bunun arxasınca futbol klubu AZAL adı ilə əvəzlənib.

 

Uğurları

  • Azərbaycan çempionatı:
    • Gümüş medal - 2007/2008

 

Avropa kuboklarında iştirakı

2 dəfə Avropa kuboklarında iştirak edib.
UEFA Kuboku 2008/2009
UEFA Avropa Liqası 2011/2012

  • 1 mərhələ Voyvodina - Olimpik (Bakı) 1:0 / 1:1
  • 1 mərhələ AZAL (Bakı) – “Minsk” 1:1 / 1:2
  •  
  • Şakir Qəribov (iyun 2004 - may 2005) – 16 oyun
  • Stepan Çordaş (iyun 2005 – avqust 2005) – 3 oyun
  • Camaləddin Əliyev – baş məşqçi əvəzi (2005 avqust) – 4 oyun
  • Peter Kurçubiç (2005 avqust – 2006 may) – 23 oyun
  • Əsgər Abdullayev (2006 iyun – 2009 noyabr) – 105 oyun
  • Nazim Süleymanov (2009 noyabr – 2011 iyun) – 64 oyun
  • Elxan Abdullayev (2011 iyun - oktyabr)
  • Rafiq Mirzəyev (2011 noyabr – 2012 aprel)
  • Vaqif Sadıqov (2012 aprel)
Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul