İnfrastruktur

Stadion

AZAL Peşəkar Futbol Klubu üçün Şüvəlan qəsəbəsində tikilmiş olan təlim-məşq bazası və stadion 2011-ci ilin aprel ayında istifadəyə verilib. Bu gün AZAL PFK öz stadionuna və təlim-məşq bazasına malik olan yeganə klublarımızadan biridir. 
Komandamız ev oyunlarını Şüvəlan qəsəbəsində, "AZAL-Arena" stadionunda keçirir..
Klubun balansında olan "AZAL Arena"nın meydançasının ot örtüyü sünidir. Hollandiyanın "Edel Grass" şirkəti tərəfindən döşənən meydança FİFA-nın "2 ulduz" sertifikatı ilə təmin olunub. Bu idman qurgusunun tutumu 3500 yerlikdir. Arenada fəxri qonaqlar üçün ayrıca yer, 50 nəfərlik VİP zonası, 50 nəfərlik mətbuat zonası var.  Stadion həmçinin müasir drenaj və suvarma sistemi, tablo və işıq projektorları quraşdırılıb. Qeyd edək ki, ABŞ-dan dəvət olunan mütəxəssislər tərəfidən quraşdırılan işıqlandırmanın səviyyəsi meydançanın bütün sahəsinə bərabər paylanmaqla 1500 lüksdür. İşıq dirəklərinin hündürlüyü 42 metrdir. Stadionu ümumilikdə 250 işıq lampaları aydınladır. Elektrik təminatı üçün Şimal DRES-dən 1.4 km uzunluqda ayrıca xətt çəkilib və gücü 3200 kilovat saat olan yarımstansiya istismara verilib. Bundan başqa, idman qurgusu ən müasir dəbdə olan səsucaldıcılar, internet şəbəkəsi üçün ötürücülər, sanitar qovşaqlar və qızıdırıcı sistemlərlə təmin edilib.

 

Baza ve otel

AZAL PFK artıq oyunlara yeni, daha müasir və beynəlxalq standartlara cavab verən təlim-məşq mərkəzində hazırlaşır. Təlim-məşq bazası da geniş imkanlara malikdir. Baza oteldən və yardımçı qurğulardan ibarətdir. Eyni zamanda 55 nəfərin yaşaya biləcəyi otel 5 mərtəbəlidir. Burada  9 ailəvi otaq, 5 lüks otaq, 17 ikinəfərlik otaq var. Burada 100 nəfərə hesablanmış yeməkxana da fəaliyyət göstərir. Otelin 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada futbolçuların asudə vaxtının səmərəli təşkili üçün  bilyard və tennis masaları yerləşdiriləcək. .Otel yüksək sürətli internet xətti və telekommunikasiya xəttləri ilə təmin edilmişdir. Təlim-məşq bazasında uzunluğu 25 metr olan üzgücülük hovuzu, bərpa məşgləri üçün qurgular (sauna, hamam, tibb məntəqəsi), camaşırxana, fitness-zalı da var.

 

Nəqliyyat

AZAL Futbol Klubu səfərlər və oyunlar zamanı Türkiyə istehsalı  olan "Temsa" markalı avtobusdan istifadə edir. Onun istehsal ili 2012-ci ildir. 
Avtobusda 46 yer, rahat oturacaqlar, 2 ədəd monitor var.
Uzun səyahətlər zamanı futbolçuları çay və sərinləşdirici içkilərlə təmin etmək üçün çay sobası və soyuducu var. 

Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul