Müsahibələr



Tərlan Əhmədov halallıq istədi: Görüləsi iş çoxdur

AZAL klubunun yeni baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- AZAL-ın baş məşqçisi postuna təyinatınız bu gün reallaşsa da, sələfiniz Vaqif Sadıqov sizinlə onun istefasından öncə danışıq aparılmasına işarə edib. Sabiq klubunuz sizinlə nə vaxt təmasa keçib?
- "Neftçi" ilə dünənki oyundan sonra AZAL rəhbərliyi tərəfindən zəng gəldi ki, belə bir məsələ var. "Razısansa, sabah görüşək" – dedilər. Mən də təklifi məmnuniyyətlə qəbul etdim. Yəni, daha öncə onlarla aramızda heç bir danışıq olmayıb.

 

- Cari mövsüm üçün qarşınıza hansı tapşırıq qoyulub? Yəqin ki, nəticə yox, yeni komanda formalaşdırmaq tələb olunur...
- Əsas məsələ heyət üzvlərində özünəinam hissini qaytarmaqdır. Komanda mövsümə yaxşı başlayıb, ardıcıl qələbələr qazanıb. Lakin qış fasiləsindən sonra eniş yaşanıb. Öncə AZAL-ı "qara zolaq"dan çıxartmaq lazımdır. Ondan sonra görüləsi iş çoxdur.

 

- Məşqçilər korpusunda kimlər yer alacaq?
- Tofiq Mustafayev qalır, qapıçılarla işləyən Rauf Salamov da yerindədir. Əlavə bir köməkçi də düşünürəm. Uşaqlıq dostum, veteran futbolçu Vadar Nuriyevi yanımda görmək istəyirəm. Onun özü ilə ətraflı danışmamışam. Bildiyiniz kimi, Vadar "İnter"də işləyir, onlarla müqaviləsi var. Görək, necə olur.

 

- Yəqin ki, hazırkı heyətlə tanışsınız. Vəziyyətdən çıxmaq üçün hansı dəyişikliklər etmək lazımdır?
- AZAL-ın "Qəbələ" ilə ev və "Neftçi" ilə son oyununa baxmışam. İndiki halda ciddi dəyişikliklərə əl atmaq komandanı daha da uçuruma apara bilər. Əsas dəyişikliklər mövsümlərarası fasilədə ola bilər. Bun barədə mövsüm başa çatandan sonra rəhbərliklə danışacağıq.

 

- Təyinatınız rəsmiləşəndən sonra sələfiniz Vaqif Sadıqovla danışmısınız?
- Xeyr, hələlik imkan tapmamışam. Amma zəng edib, halallıq alacağam.

Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul