Müsahibələr



Con Oluremi: Ancaq indi bütün fikirlərim AZAL-a bağlıdır.

AZAL-ın hücumçusu Con Oluremi azerisport.az saytına müsahibəsində TPL-də vurduğu ən gözəl qollardan və gələcək haqda fikirlərindən danışıb:


“Yenidən burada olmağa şadam. Bununla fəxr edirəm. Əvvəllər avqust ayında vurduğum qol, ən gözəl qol seçilmişdi. Bu mükafatı bir dəfə almaq yaxşıdır, üç dəfə almaq isə əladır!”, deyə Oluremi sözə başlayıb.


- Sizcə, vurduğunuz qollar həqiqət ən gözəl idi?
- Onlar daha texnikalıdır. Buna rəğmən, başqalarının da qolları yaxşı idi. Ancaq düşünürəm ki, hər şey düz idi.


- Ancaq komandanız mövsümdə çıxışı nöqteyi-nəzərindən, bundan qazanc əldə etmir.
- Şəxsi titullar yaxşı haldır. Ancaq əlbəttə, komanda tez-tez qələbə qazansaydı, daha yaxşı olardı. Mən öz qollarımı yarış cədvəlində daha yaxşı mövqeyə dəyişərdim.


Mövsüm bitəndən sonra AZAL-da qalacaqsınız?
- Müqaviləm hələ növbəti mövsümdə başa çatacaq. Mənə maraq var. Yaxşı komandaların diqqət mərkəzinə düşməyimə şadam. Ancaq indi bütün fikirlərim AZAL-a bağlıdır.


Əgər konkret maraq göstərsələr?
- Bu haqda konkret olaraq, heç nə deyə bilmərəm.


- Premyer Liqada hansı komanda ürəyinizcədir?
- Bir komanda kimi - “Qarabağ”. Onların oyunu xoşuma gəlir. Futbolçulara gəlincə, daha çox Vaqif Cavadov və Flavinyonun oyunu xoşuma gəlir.


- Hazırda “Qarabağ”da hücumçu mövqeyində problemlər müşahidə edilir. Bu komanda sizi dəvət edərsə, necə münasibət göstərərsiniz?
- Şad olardım. Mən belə futbolçularla birgə “Qarabağ” kimi bir komandada oynayardım.

Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul