Xəbərlər



Xəqani Məmmədov dərs keçdi

04-08-2016

Bu gün AZAL PFK nın futbolçuları ilə hakimlər arasında görüş keçirilib. Belə ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və FİFA referisi Orxan Məmmədov komandanın üzvlərinə hakimlik və oyun qaydalarından dərs keçiblər. Təxminən 2 saat ərzində Xaqani Məmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti oyun qaydalararında edilən yeniliklərdən söhbət açıb və əyani vasitələrlə, foto-video görüntülərlə şərh veriblər. AZAL PFK-nın üzvləri görüşdə fəallıq göstərib və konkret epizodlar üzrə suallar veriblər. Sonda onu da qeyd edək ki, baş məşqçi Tərlan Əhmədov və Xaqani Məmmədov belə görüşlərin hər ay planlaşdırılıb keçirilməsi üçün razılıga gəlib.




Oxunub: 2761 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul