Xəbərlər



Taqim məşqlərə başladı

29-09-2016

Bu ilin aprel ayında dizindən əməliyyat olunan Taqim Novruzov artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Uzun müddət fizioterapiya kursu keçən yarımmüdafiəçi artıq əsas heyətin üzvləri ilə birlikdə hazırlaşır. Oyun təcrübəsinin azlıgı onun hələ rəsmi oyunlarda iştirakına imkan vermir. Novruzovun oktyabr ayında milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasilədə AZAL-ın keçirəcəyi yoldaşlıq görüşlərində meydançaya çıxacagı gözlənilir. Hər halda klub həkimləri onun maçtlarda iştirakı üçün heç bir problem görmür.



Oxunub: 1628 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul