Xəbərlər



AZAL “Qəbələ”-yə məglub olmadı

07-11-2016

Topaz Premyer Liqasında XI tura yekun vurulub.  Hesabat turunda Şüvəlanda "Qəbələ"ni qəbul edən AZAL növbəti xalını qazanıb. Komandaların bütün cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb – 0:0. Oyunda əzmkarlıq nümayiş etdirən Tərlan Əhmədovun yetirmələri bununla da xallarının sayını 4-ə çatdırıb.
 Qeyd edək ki, bu turdan sonra yaranacaq fasilə noyabrın 19-da başa çatacaq. AZAL ayın 20-də səfərdə “İnter”in qonagı olacaq.

Topaz Premyer Liqası
XI tur
6 noyabr (bazar)
 
 AZAL – “Qəbələ” - 0:0
 
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 15. Brayn Fok, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 17. Rəşad Abdullayev, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 12. Mahsun Qənbərli, 18. Ruslan Əmircanov, 36. Renat Aşurov, 11.Ruslan Nəsirli, 21. David Canelidze, 95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk



Oxunub: 2149 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul