Xəbərlər



Tərlan Əhmədov 45-i haqladı

17-11-2016

Bu gün AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar gündür. Belə ki, 1971-ci il noyabrın 17-də dünyaya göz açan mütəxəssis artıq ömrünün 45 ilini arxada qoydu. Ad gününü iş başında, yetirmələrinin əhatəsində qeyd edən Tərlan müəllimi futbolçular məşqdən sonra təbrik ediblər. Bu günkü axşam məşqindən sonra komandanın üzvləri ilə birgə çay süfrəsi arxasında görüşən Əhmədov onun üçün hazırlanmış tortu kəsərək sevincini AZAL-ın kollektivi ilə bölüşüb.

Fürsətdən istifadə edərək AZAL PFK-nın rəhbərliyi adından baş məşqçimiz Tərlan Əhmədovu ürəkdən təbrik edir, ona çətin, amma şərəfli peşəsində ugurlar arzulayır.


Dogum günün mübarək Tərlan müəllim!



Oxunub: 2157 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul