Xəbərlər



AZAL 6 futbolçu ilə yollarını ayırdı

24-12-2016

Dekabrın 21-dən etibarən qış fasiləsinə yollanan AZAL-da komandanı tərk edəcək futbolçuların adları məlumdur. Belə ki, dünən baş məşqçi Tərlan Əhmədov heyətdən çıxarmaq istədiyi oyunçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Bunlar Brayan Fok, Adan Koronado, Mirzaga Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedovdur.
Qeyd edək ki, Adan Koronadonun gedişi heç də baş məşqçinin qərarı ilə baglı deyil. Yəni, Əhmədov onun getməsində maraqlı deyildi. Sadəcə amerikalı yarımmüdafiəçi ailə vəziyyətini əsas tutaraq evə dönmək istəyini bildirib və onunla müqavilənin qarşılıqlı şəkildə pozulmasını xahiş edib. AZAL PFK-nın rəhbərliyi isə bunu nəzərə alıb. Qvanzav Maqomedov isə meneceri vasitəsi ilə başqa klublardan təkliflər aldıgını bidirdiyindən transferə çıxarılıb.



Oxunub: 1944 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul