Xəbərlər



AZAL-da seleksiya məşqləri

26-12-2016

AZAL-ın əsas komandasının üzvləri qış fasiləsi səbəbindən istirahətə buraxılsa da, baş məşqçi Tərlan Əhmədov iş başındadır.
Belə ki, dünəndən etibarən uşaq futbol komandalrının heyətlərini komplektləşdirmək və yeni istedadları tapmaq üçün seleksiya fəaliyyətinə rəhbərlik edən Əhmədov dekabrın 29-dək məşqlərə çıxacaq.
Klub rəhbərliyinin qərarı ilə həm də uşaq futbol məşqçilərinin işinə ümumi nəzarəti həyata keçirən gənc mütəxəssis bütün məşqçiləri seçim prosesinə cəlb edib. Təsadüfi deyil, seleksiya məşqlərinə 50-dən çox futbolçu qatılıb. Dekabrın 27 və 28-də müxtəlif yaş qrupunda olan komandaların iştitakı ilə keçiriləcək yoxlama oyunlarından sonra baxışa çagrılan yeniyetmələr haqda qərar veriləcək. Sınaqdan ugurla keçən futbolçular AZAL-ın uşaq futbol komandalarının heyətinə cəlb olunacaq.



Oxunub: 1729 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul