Xəbərlər



İkinci qələbə

16-01-2017

Dövrələrarası fasiləni Şüvəlanda keçirən AZAL ikinci yoxlama matçına çıxıb. Yanvarın 11-də keçirilən ilk yoldaşlıq görüşündə "Qaradağ Lökbatan"a 3:1 hesabıyla qalib gələn komandamız bu dəfə MOİK-ə gücünü göstərib: 2:0. Oyunda hesabı Röyal Nəcəfov açıb. Ikinci hissədə rəqib qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirən Sadio Tounkara fərqi artırıb.

Qeyd edək ki, bu oyunda baş məşqçi Tərlan Əhmədov liberiyalı müdafiəçi Alamadine Robertlə rusiyalı yarımmüdafiəçi Arkadiy Kalıperini baxışdan keçirib. Onların hər ikisi ayın 17-də “Dalga Arena”da baş tutacaq qarşılaşmada (Kəpəz-AZAL) bir daha yoxlanılacaq.



Oxunub: 1569 dəfə


Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul